#Türkiyə diplomatiyasının vasitəçilik təşəbbüsləri

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında müharibənin dayandırılması üçün kifayət qədər siyasi iradənin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında daimi razılaşma mümkündür və gərginliyin artması həm regional sabitlik, həm də qlobal iqtisadiyyat üçün ciddi risk yaradır.