#virus inkubasiya dövrü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda hantavirusla bağlı daha geniş miqyaslı yoluxma dalğasının başladığına dair heç bir əlamət müşahidə olunmur. Bununla belə, o, vəziyyətin dəyişə biləcəyini və yaxın həftələrdə yoluxma sayının arta biləcəyini istisna etməyib.

Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında kruiz gəmisində baş verən hadisə ilə bağlı üç nəfərin ölümünü açıqlayıb və nadir rast gəlinən Hanta virusu ilə bağlı şübhələrin araşdırıldığını bildirib. Mütəxəssislər qeyd edir ki, nadir olsa da, bu virus bəzi hallarda ağır və ölümcül nəticələrə səbəb ola bilər.