Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Tədqiqat məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” davam edir. Layihə gənc tədqiqatçıların elmi fəaliyyətə daha hazırlıqlı qoşulmasına dəstək vermək, akademik yazı mədəniyyətini formalaşdırmaq və onların beynəlxalq elmi mühitə çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.