#Dövlət təsisatlarının mühafizəsi

Məlumata əsasən, şənbə günü Sosial İnkişaf Fondunun icraçı direktoru vəzifəsini icra edən Visam Qaid naməlum şəxslər tərəfindən qaçırılaraq qətlə yetirilib. Siyasi fəaliyyətlə məşğul olmayan mülki şəxsin hədəf alınması şəhərdəki dövlət təsisatlarına qarşı birbaşa təhdid kimi qiymətləndirilir. Bu hadisədən bir neçə gün öncə isə "İslah" partiyasının rəhbər şəxslərindən biri olan Əbdürrəhman əl-Şairə qarşı bənzər cinayət törədilib.