Amazon-a məxsus Zoox gələn həftə Las-Veqasda ödənişli robotaksi xidmətini işə salacaq. Şirkət ABŞ-də insan idarəetmə elementləri olmayan robotaksilərin kommersiya istifadəsinə icazə alan ilk operatorlardan biridir. Tariflər "komfort" kateqoriyasına uyğun olacaq və məsafə ilə vaxta əsasən hesablanacaq. NHTSA xidmətə məhdud sayda avtomobil üçün icazə versə də, təhlükəsizliklə bağlı əlavə hesabat tələbləri tətbiq edib.
#NHTSA
"Ford" şirkəti minlərlə "Bronco" modelini ciddi bir texniki problemə görə geri çağırmaq məcburiyyətində qalıb. Bu haqda VOA məşhur avtomobil nəşri "Car and Driver" saytına istinadən xəbər verir. Məlumatda qeyd olunur ki, nasazlıq avtomobilin park halındayanda gözlənilmədən hərəkətə keçməsi (rollaway) riski ilə bağlıdır.