#səfər

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və onu müşayiət edən nümayəndə heyəti Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Səfər çərçivəsində Şeybani həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşüb.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun bugün İsrailə səfər edəcəyi gözlənilir. Mənbələrin bildirdiyinə görə, Uitkoff həmçinin Qəzza zolağına səfər edə və Qəzzaya Humanitar Yardım Fondu (GHF) tərəfindən yaradılan yardım paylama məntəqələrini ziyarət edə bilər.

ABŞ Prezidenti Donald Trampın sentyabr ayının əvvəlində Çin Xalq Respublikasının sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət edilə biləcəyi iddia olunub.

Türkiyə Xarici İşlər naziri Hakan Fidan, Kipr mövzusuna həsr olunmuş Geniş Qeyri-rəsmi Toplantı çərçivəsində ABŞ-ın Nyu-York ştatında səfəri zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.