#Cenevrə

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı üzrə dolayı danışıqların ikinci raundunda iştirak etmək üçün İsveçrəyə səfər edib. Planlaşdırmaya əsasən, İran və ABŞ arasında ikinci raund dolayı danışıqlar çərşənbə axşamı keçiriləcək və prosesə yenidən Oman vasitəçilik edəcək. Tərəflər arasında ilk raund ötən həftə Maskatda baş tutmuş və hər iki tərəf tərəfindən “yaxşı başlanğıc” kimi qiymətləndirilmişdi.

BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib. Tədbirin rəsmi hissəsində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Biznes və İnsan Hüquqları Forumunda iştirak edib. Müvəkkil forum zamanı müzakirələrdə ölkəmizdə biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, biznes və insan hüquqları sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

İsrail ordusu Qəzzanın cənubundakı Tel əl-Heva məhəlləsində yerləşən Fələstin Tibbi Yardım Assosiasiyasının (PMRS) baş ofisini hədəf alıb. Qurum xatırladıb ki, iki gün əvvəl də Qəzzanın şərqindəki Derec məhəlləsində yerləşən başqa bir tibb mərkəzi İsrail hücumuna məruz qalmışdı. Son hücum isə assosiasiyanın ilk yardım fəaliyyətini tamamilə dayandırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 60-cı sessiyası BMT-nin Cenevrə Ofisində işə başlayıb. Sessiyaya İsveçrənin BMT Cenevrə Ofisindəki Daimi Nümayəndəsi, səfir Yurq Lauberin rəhbərliyi ilə start verilib. Açılışda çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk İsrailin Qəzza zolağında törətdiyi hərəkətləri sərt şəkildə tənqid edib. O, İsrailin fələstinli mülki vətəndaşlara qarşı kütləvi qətliamlar həyata keçirdiyini, bu səbəbdən bölgədə təsvirolunmaz əzablar və genişmiqyaslı dağıntılar baş verdiyini bildirib. Türkün sözlərinə görə, İsrailin həyati əhəmiyyətli yardımların Qəzzəyə çatdırılmasına əngəl törətməsi nəticəsində insanlar aclıqdan ölür, jurnalistlər hədəfə alınır və ard-arda müharibə cinayətləri törədilir “Yüksək vəzifəli israilli rəsmilərin açıq şəkildə soyqırım ritorikasından istifadə etməsi və fələstinlilərin insanlıqdan çıxarılması məni dəhşətə gətirir,” – deyə Ali Komissar qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMMYK) sözçüsü Babar Baloch, Əfqanıstanda baş verən dağıdıcı zəlzələdən sonra insani yardım imkanlarının tükəndiyini bildirib və beynəlxalq ictimaiyyəti təcili dəstəyə çağırıb. Cenevrədə keçirilən həftəlik BMT mətbuat konfransında çıxış edən Baloch bildirib ki, 31 avqust tarixində Əfqanıstanda baş verən zəlzələdə min nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb və BMMYK zərər çəkmiş ərazilərə yardım üçün bütün mövcud resurslarını səfərbər edib. “Bəzi kəndlər tamamilə yerlə bir olub. Şərqi Əfqanıstan zəlzələdən ən çox zərər görən bölgədir. Sağ qalan insanlar evlərinin uçduğunu görüb və gecəni çöldə keçirməyə məcbur olublar,” – deyə Baloch bildirib.