#Dəməşq hadisələri

Suriyada 2013-cü ildə baş vermiş Tadamun qətliamının əsas fiqurlarından biri hesab edilən Əmcəd Yusif təhlükəsizlik əməliyyatı nəticəsində saxlanılıb. Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, əməliyyat Hama vilayətinin Əl-Qab ovalığında həyata keçirilib. Bildirilir ki, saxlanılma əməliyyatından əvvəl bir neçə gün davam edən izləmə və operativ nəzarət tədbirləri görülüb.