#Robert Downey Jr.

Filmoskop rubrikasında bu dəfə detektiv janrının qaydalarını dəyişən, tamaşaçını qatilin kimliyindən çox, araşdırmanın gətirdiyi psixoloji aşınma ilə sarsıdan bir şahəsəri — rejissor Devid Finçerin "Zodiac" (Zodiak) filmini təhlil edirik. Real hadisələrə əsaslanan bu ekran işi, Amerika tarixinin ən müəmmalı silsilə qatillərindən birinin izinə düşən üç adamın həyatını necə alt-üst etdiyini anladır.