#Azərbaycan Çin əməkdaşlığı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb. ​Görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.