#Con Dillincer

Filmoskop rubrikasında bu dəfə Amerika tarixinin ən məşhur bank qarətçisi Con Dillincerin həyatından və onun FTB (FBI) ilə amansız qarşıdurmasından bəhs edən "Public Enemies" (İctimai düşmənlər) filmini təhlil edirik. Rejissor Maykl Mannın rəqəmsal realizm üslubunda çəkdiyi bu ekran işi, 1930-cu illərin Böyük Böhran dövrünü bütün çılpaqlığı ilə əks etdirən epik bir kriminal dramdır.