#MkV Final Edition

"Toyota Supra MkV" ilə artıq vidalaşmaq qəribə bir hissdir. Bir həftəni 2026-cı il model "Final Edition" ilə keçirdikdən sonra ağlıma gələn yeganə ifadə bu oldu: "Səni demək olar ki, tanımadıq". Bunun bir səbəbi onu ilk dəfə idarə etməyimdirsə, digər səbəbi yollarda bu avtomobilə çox nadir rast gəlməyimizdir. Maraqlıdır, görəsən niyə?