#İranın müharibə nəticəsində vurduğu 270 milyard dollarlıq zərər

İran hökuməti bölgədə davam edən hərbi münaqişələrin ölkə iqtisadiyyatına vurduğu zərərin ilkin miqyasını açıqlayıb. Hökumətin sözçüsü Fatimə Mühacirani "Təsnim" agentliyinə verdiyi bəyanatda müharibə nəticəsində yaranan itkilərin hazırda 270 milyard dollar səviyyəsində qiymətləndirildiyini bildirib. Sözçü vurğulayıb ki, bu rəqəm hələ yekun deyil və münaqişənin davam etməsi fonunda itkilərin artacağı istisna olunmur.