Qətər Əmirlik Divanının verdiyi məlumata görə, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Dohada Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb. Tərəflər arasında keçirilən yüksək səviyyəli danışıqlarda əsas diqqət regional və beynəlxalq vəziyyətin gərginləşməsi, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlib.