Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Dohada görüş keçirib. Görüşdə ABŞ ilə İran arasında davam edən danışıqların gedişi müzakirə olunub. Tərəflər diplomatik prosesdə əldə olunan irəliləyiş barədə fikir mübadiləsi aparıblar. Livandakı vəziyyət də görüşün əsas mövzularından biri olub. Görüş iştirakçıları ölkədə atəşkəsin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Qətər bölgədə vasitəçilik səylərini davam etdirir. Danışıqların nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb.
#Şeyx Təmim bin Həməd Al Tani
Qətər əmiri ABŞ–İran memorandumunu müsbət qiymətləndirib. O, G7 çərçivəsində Tramp ilə regional vəziyyəti müzakirə edib. Qətər lideri Pakistan və digər tərəfdaşların rolunu da qeyd edib. Gələcək danışıqlarda konstruktiv dialoq arzuladığını bildirib. Məqsədin regional sülh və sabitlik olduğu vurğulanıb.
Qətər Əmirlik Divanının verdiyi məlumata görə, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Dohada Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb. Tərəflər arasında keçirilən yüksək səviyyəli danışıqlarda əsas diqqət regional və beynəlxalq vəziyyətin gərginləşməsi, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlib.