#Tramp və Kendis Ouens arasında İran mübahisəsi

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə qarşı çıxan nüfuzlu mühafizəkar şərhçiləri və media fəallarını hədəf alaraq, onları sərt ifadələrlə ittiham edib. Tramp özünə məxsus “Truth Social” platformasında paylaşım edərək, Taker Karlson, Meqan Kelli, Kendis Ouens və Aleks Cons kimi tanınmış simaların İrana qarşı müharibəyə etiraz etmələrini "aşağı intellekt göstəricisi" kimi qiymətləndirib. O, terroru dəstəkləyən bir dövlətin nüvə silahına sahib olmasına göz yummağın "axmaqlıq" olduğunu bildirib və bu şəxslərin televiziya kanallarından qovulduqlarını, artıq heç kim tərəfindən ciddiyə alınmadıqlarını iddia edib.