#Atmosfer təzyiqi

Səudiyyə Ərəbistanının qərbi və cənub-qərbində, o cümlədən Məkkə bölgəsində avqustun sonlarında yağan güclü yağışların səbəbləri ilə bağlı yeni izahlar ortaya çıxıb. Alimlər bu hava hadisəsində mövsümi dəyişikliklərlə yanaşı, “El-Ninyo” və Hind okeanının dipolu kimi iqlim amillərinin də rol oynaya biləcəyini bildirirlər.

1815-ci ilin 10 aprel günü İndoneziyanın Tambora vulkan püskürməsi bəşər tarixində qeydə alınmış ən güclü və dağıdıcı vulkan püskürməsi olaraq tarixə düşdü. Bu təbiət hadisəsi nəinki regionun xəritəsini dəyişdi, həm də bütün planetin iqliminə təsir edərək on minlərlə insanın ölümünə səbəb oldu. Tambora vulkanı Sumbava adasında yerləşir və püskürmədən əvvəl minlərlə il ərzində heç bir fəallıq əlaməti göstərməmişdi. Lakin 1815-ci ilin aprelində hər şey dəyişdi: