#Kommersiya gəmilərinin Hörmüz boğazından maneəsiz hərəkəti

Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazından gəmilərin təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün diplomatik səylərini gücləndirib. Təşkilatın Baş katibi "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib ki, İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməsinə icazə verilməsi dünya dənizçilik tarixində təhlükəli bir presedent yarada bilər. O vurğulayıb ki, beynəlxalq sularda naviqasiya azadlığı qorunmalı və kommersiya gəmilərinin hərəkətinə qanunsuz məhdudiyyətlər qoyulmamalıdır.