#İslamabad danışıqları

Region dövlətlərinin və xalqlarının tarixi yaddaşında, ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə — 2015-ci ildə imzalanmış qlobal nüvə sazişi hələ də daxilən tam təzədir. Eyni zamanda, şərq dünyasında məşhur olan "Mömin eyni yerdən iki dəfə sancılmaz" atalar sözü də regionun kollektiv şüurunda öz fundamental yerini qorumaqdadır. Bu gün mövcud olan bütün rəsmi məlumatlar və göstəricilər bizə onu nümayiş etdirir ki, Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında tam yeni bir sazişin imzalanması astanasındayıq. Lakin cari 2026-cı il əsla 2015-ci il deyil, Donald Tramp isə Barak Obama deyildir.

İslamabadda baş tutan son danışıqlar İranın xarici siyasətində köklü bir paradiqma dəyişikliyini və Qərbə qarşı yeni "strateji səbir" modelini üzə çıxarır. Tehranın ABŞ-ın təklif etdiyi 20 illik nüvə məhdudiyyətlərini qətiyyətlə rədd etməsi, sadəcə bir inadkarlıq deyil, 2015-ci il sazişinin uğursuzluğundan çıxarılan dərslərin nəticəsidir. Hazırkı İran nümayəndə heyəti danışıqlara bir "hadisə" kimi deyil, zamana yayılmış və ehtiyatla idarə olunmalı bir "proses" kimi yanaşır. Bu yanaşmanın əsasında duran ən mühüm amil isə İranın öz təhlükəsizliyini və iqtisadi gələcəyini Çinlə qurduğu 25 illik strateji tərəfdaşlıq vasitəsilə qlobal güc balansına bağlamasıdır.

Qətər Xarici İşlər Nazirliyi regiondakı gərginlik, İslamabad danışıqları və enerji təhlükəsizliyi ilə bağlı geniş və strateji bəyanatla çıxış edib. Nazirliyin rəsmi sözçüsü Hörmüz boğazının bağlanmasının qlobal nəticələrə səbəb ola biləcəyini vurğulayaraq bunun artıq regional deyil, beynəlxalq böhran xarakteri daşıdığını bildirib.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən müsəlmanların ilk qibləsi Məscid-i Əqsa 41 günlük tam qadağadan sonra yenidən ibadətə açılıb. 28 fevral tarixindən – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gündən bəri bağlı qalan müqəddəs məkanda ilk süph namazı qılınıb.