#Hörmüz boğazının təhlükəsizliyi və Çin iqtisadiyyatı

Çin Xalq Respublikası ABŞ və İran arasında əldə olunan 14 günlük atəşkəs razılaşmasını müsbət qiymətləndirib və Yaxın Şərqdə uzunmüddətli sabitlik üçün münaqişələrin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında ölkəsinin rəsmi mövqeyini açıqlayıb. O bildirib ki, Çin tərəflər arasında gərginliyin azaldılması üçün bütün tərəflərlə işləməyə hazırdır.