#İranın Qətərə qarşı təhdidləri və rəsmi reaksiya

Qətər Xarici İşlər Nazirliyi regionda gərginliyin artması ilə bağlı rəsmi bəyanat yayaraq, İranın Qətər və digər bölgə ölkələrini hədəf alan pozuntularını qətiyyətlə pisləyib. Doha bəyan edib ki, infrastrukturun və enerji obyektlərinin hədəf alınması regionu yeni və daha mürəkkəb çağırışlarla üz-üzə qoyur. Nazirlik vurğulayıb ki, İran tərəfi bölgə ölkələrinə qarşı təhdidləri dayandırmalıdır, çünki bu cür addımlar böhranı həll etmir, əksinə vəziyyəti hamı üçün daha da ağırlaşdırır. Qətər tərəfi bu müharibədə iştirak etmədiyini, lakin öz suverenliyini qorumağa fokuslandığını və Pakistanın vasitəçilik səylərini dəstəklədiyini bildirib.