#Shams

Səudiyyə Ərəbistanı kosmik tədqiqatlar sahəsində tarixi uğura imza ataraq “Shams” süni peykini uğurla fəzaya göndərib. Səudiyyə Ərəbistanı bu addımı ilə beynəlxalq səviyyəli “Artemis II” proqramında iştirak edən ilk ərəb ölkəsi kimi tarixə düşüb. Ay missiyasını hədəfləyən bu proqramda Krallığın təmsil olunması, ölkənin qlobal kosmos strategiyasındakı çəkisini əhəmiyyətli dərəcədə artırır.