#ABŞ-ın LHA-7 gəmisi Hind okeanına qaçdı: İranın raket hücumunun təfərrüatı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus "USS Tripoli" (LHA-7) amfibiya hücum gəmisini raket zərbələri ilə hədəf aldığını açıqlayıb. İran tərəfindən yayılan rəsmi bəyanatda bildirilir ki, göyərtəsində 5 mindən çox dənizçi və piyada daşıyan ABŞ ordusuna məxsus LHA-7 helikopter və amfibiya hücum gəmisi İranın raket hücumlarına məruz qalıb. SEPAH bu əməliyyatı "ildırım sürətli zərbə" kimi xarakterizə edib.