#Trampın gizli planı ifşalandı: İran neftini ələ keçirib milyardlar qazanmaq istəyir!

ABŞ Prezidenti Donald Tramp İranın neft resurslarını nəzarətə götürmək barədə iddialı və mübahisəli planlarını yenidən gündəmə gətirib. Tramp özünün "Truth Social" platformasında paylaşdığı mesajında İran müharibəsinin iqtisadi hədəflərini açıq şəkildə bəyan edib: "Bir az vaxt keçsin, biz Hörmüz boğazını asanlıqla aça, nefti ələ keçirə və nəhəng sərvət qazana bilərik".