#İnvestisiya fondları

Son iki onillikdə Amerika şirkətləri və investisiya fondları ənənəvi investisiya mühitlərindən kənara çıxaraq Avropa futboluna yönəliblər. Bu transformasiya sadəcə maliyyə genişlənməsi deyil, klubların idarəetmə modelində "yerli klub" məntiqindən "qlobal investisiya aktivinə" doğru dərin bir keçidi ifadə edir. Xüsusilə 2020-ci il pandemiya böhranından sonra zəifləyən maliyyə imkanları Amerika kapitalına bir çox klubda nəzarəti ələ keçirmək üçün şərait yaradıb. Bu gün Avropada 70-dən çox klubda Amerika investorlarının birbaşa və ya dolayı iştirakı mövcuddur.

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə ölkəmizdə səfərdə olan Türkiyə maliyyə qurumunun bir qrup nümayəndəsi ilə görüş keçirib. Görüş zamanı Kuveyt Türk Portföy Yönetimi A.Ş, Katılım Emeklilik Hayat A.Ş və Türkiye Katılım Sigorta A.Ş şirkətlərinin rəsmilərinə Azərbaycanın kapital bazarı ekosistemində Milli Depozit Mərkəzinin rolu, fəaliyyəti və inkişaf strategiyası barədə ətraflı məlumat verilib.