2 aprel 1979-cu ildə Sovet İttifaqının Sverdlovsk (hazırda Yekaterinburg) şəhərində dünyanın ilk kütləvi "Sibir yarası" (antrax) epidemiyası başlayıb. Altı həftə davam edən bu dəhşətli hadisə rəsmi qeydlərə görə 66 nəfərin ölümünə, onlarla insanın isə ağır xəstəliyə yoluxmasına səbəb olsa da, fəlakətin əsl miqyası və səbəbi onilliklər ərzində dünya ictimaiyyətindən gizlədilib.