İraqın neft naziri Bəssam Məhəmməd Xudeyr Hörmüz boğazı vasitəsilə neft ixracının 75 faiz azaldığını bildirib. Onun sözlərinə görə, azalma ABŞ və İsrailin İranla müharibəsinin başlanmasından sonra qeydə alınıb. Müharibədən əvvəl İraq gündə təxminən 3,4 milyon barel neft ixrac edirdi. Hazırda ölkənin gündəlik neft hasilatı 2,7 milyon barel təşkil edir. İraq gündə 1,5-1,7 milyon barel neft ixrac edir. Bağdad neft ixracının Hörmüz boğazından həyata keçirilməsi ilə bağlı İranla danışıqlar aparır. Lakin nəzərdə tutulan mexanizm hələ fəaliyyətə başlamayıb. İraq hökuməti gələcəkdə neft ixracı marşrutlarının şaxələndirilməsinin vacibliyini vurğulayır.
#İraq nefti
Yaxın Şərqdə ABŞ ilə İran arasında artan gərginlik hərbi qarşıdurmadan kənara çıxaraq enerji marşrutları və strateji boğazlar üzərində geosiyasi rəqabəti yeni mərhələyə daşıyıb. Analitiklər hesab edirlər ki, Vaşinqton İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarını zəiflətmək üçün alternativ ixrac marşrutları formalaşdırmağa çalışır.
İraq neftinin Suriya üzərindən daşınması ilə bağlı yeni logistika marşrutu işə düşüb. Məlumata görə, tanker karvanı Suriya sahilində yerləşən Banyas terminalına çatdıqdan sonra yük boşaldılacaq və neft dəniz yolu ilə beynəlxalq bazarlara göndərilmək üçün tanker gəmilərə yüklənəcək.