#Son dəqiqə: İsrail ordusu İran daxilindəki 800 hücum uçuşunun təfərrüatlarını açıqladı

İsrail Ordusunun (IDF) sözçüsü Aviçay Adrae sosial media hesabında etdiyi paylaşımda İran ərazisindəki hərbi əməliyyatların "böyük güclə" davam etdiyini bildirib. Məlumata görə, əməliyyatın başlanğıcından bu yana İsrail hərbi hava qüvvələri tərəfindən İran daxilində təxminən 800 hücum uçuşu həyata keçirilib və 16 mindən çox müxtəlif növ döyüş sursatı istifadə edilib.