#Bağdadda xarici jurnalistə hücum: Bir şübhəli şəxs saxlanılıb

İraqın paytaxtı Bağdad şəhərində amerikalı jurnalist Şelli Kittlson naməlum şəxslər tərəfindən qaçırılıb. İraq Daxili İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı bəyanatda cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən birinin artıq saxlanıldığını bildirib. Nazirlik xarici qonaqlara qarşı hər hansı hücuma və ya ölkənin təhlükəsizliyini sarsıtmağa yönəlmiş cəhdlərə icazə verilməyəcəyini vurğulayıb.