#Tarixdə bu gün: Hitler məhkəmə tərəfindən məhkum edildi

XX əsrin ən mübahisəli fiqurlarından biri olan Adolf Hitler 1923-cü ildə Münhendə baş vermiş uğursuz çevriliş cəhdində iştirakına görə məhkəmə tərəfindən dövlətə xəyanətdə təqsirli bilinərək həbs cəzasına məhkum edilib. “Pivəxana çevrilişi” kimi tanınan bu hadisə sağçı qüvvələrin və nasistlərin hakimiyyəti zorla ələ keçirmək cəhdinin uğursuzluqla nəticələnməsi ilə yadda qalıb. Hadisədən sonra Hitler saxlanılaraq məhkəməyə çıxarılıb.