#Müharibəyə baxmayaraq İran mundialda iştirak edəcək

FİFA prezidenti Canni İnfantino İran milli komandasının 2026-cı il dünya çempionatı oyunlarını ABŞ-da keçirəcəyini təsdiqləyib. İnfantino bəyan edib ki, oyunlar püşkatmanın nəticələrinə uyğun olaraq əvvəlcədən planlaşdırıldığı kimi təşkil olunacaq və dəyişiklik nəzərdə tutulmur. Qeyd edək ki, İran Futbol Federasiyası daha əvvəl ABŞ və İsrail ilə müharibə fonunda oyunların Meksikaya köçürülməsi imkanlarını müzakirə etdiyini açıqlamışdı. Meksika tərəfi də zərurət yaranacağı təqdirdə bu oyunları qəbul etməyə hazır olduğunu bildirmişdi.