Yaponiya Çinlə artan gərginlik fonunda müdafiə potensialını gücləndirmək üçün yeni addım atıb. Yaponiyanın müdafiə naziri Sindziro Koizuminin açıqlamasına əsasən, uzaqmənzilli raket sistemləri ölkənin cənub-qərbində, Kyuşu adasının Kumamoto bölgəsində yerləşdirilib.