#İrana qarşı müharibədə İspaniya faktoru: ABŞ təyyarələri üçün yol bağlandı

İspaniyanın nüfuzlu "El Pais" qəzetinin yaydığı məlumata görə, rəsmi Madrid ABŞ-ın İrana qarşı apardığı müharibədə iştirak edən hərbi təyyarələr üçün ölkənin hava məkanını bağlamaq qərarına gəlib. İspaniya hökuməti bölgədəki gərginliyin artmasından narahatdır və öz ərazisindən hərbi məqsədlər üçün istifadə olunmasına icazə vermir. Bu qərar xüsusilə İrana qarşı hərbi əməliyyatlarda birbaşa və ya dolayısı ilə iştirak edən ABŞ uçuşlarını əhatə edir.