#Regionda silahlanma artır: İordaniyadan yeni addım

İordaniyanın hava qüvvələrinin gücləndirilməsi məqsədilə 39 ədəd F-16 döyüş təyyarəsi almağı planlaşdırdığı bildirilir. Beynəlxalq müdafiə mənbələrinə görə, dəyəri təxminən 1 milyard avroya çata biləcək bu alış ölkənin hərbi potensialını artırmağa yönəlib. Bu addım İordaniyanın mövcud aviasiya parkını yeniləmək və əməliyyat imkanlarını genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.