#Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF)

Martın 28-də “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə “Yer saatı 2026” (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. Kampaniyaya qoşulan 80-ə yaxın qurum və təşkilat yerli vaxtla saat 20:30-dan başlayaraq inzibati binalarının fasad işıqlarını bir saatlıq söndürüblər. Bununla yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan yüzlərlə gənc də fərdi olaraq bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirib.