#Azeri Light FOB Ceyhan

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,89 ABŞ dolları və ya 8,3 faiz artaraq bir barel üçün 141,68 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 11,07 dollar və ya 8,9 faiz bahalaşaraq 135,15 dollar olub.

Bu həftə "Azeri Light CIF", "Urals" və "Dated Brent" markalı neftin orta qiymətləri artıb, eyni zamanda "Azeri Light FOB Ceyhan" qiymətləri isə azalıb. Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan "Azeri Light CIF" markalı neftin orta qiyməti keçən həftə ilə müqayisədə 2,1 ABŞ dolları və ya 1,8% artaraq 118,25 ABŞ dollarına çatıb.