#Qlobal enerjinin 22 faizi təhlükədə: KƏŞ İrana qarşı vahid beynəlxalq mesaj tələb edir.

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casem Albudayvi Ər-Riyadda xarici diplomatlarla keçirilən görüşdə İran ilə ABŞ və İsrail arasında yaşanan böhranın həlli istiqamətində aparılan danışıqlarda Körfəz dövlətlərinin mütləq iştirak etməli olduğunu bəyan edib. Albudayvi vurğulayıb ki, Körfəz ölkələri münaqişədən sonra Yaxın Şərqin xəritəsini yenidən cızmaq məqsədi daşıyan istənilən gizli sövdələşməni və ya birtərəfli tənzimləməni qətiyyətlə rədd edir.