İran Prezidenti Məsud Pezeşkian Naxçıvana dron hücumlarına görə məsuliyyəti etiraf edib. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün televiziya müraciətində bildirib. Onun sözlərinə görə, İranda Ali Lider və yüksək hərbi komandanlar öldürüldükdən sonra Silahlı Qüvvələr nəzarətsiz şəkildə qonşu ölkələrin ərazisinə atəş açıblar. Pezeşkian bildirib ki, Ali Liderlik Şurasının iclasında İran Silahlı Qüvvələrinə bundan sonra İrana hücum edilməyən ölkələrə heç bir hücumun edilməməsi və raket atılmaması haqda tapşırıq verilib. Yalnız hücum edilən ölkələrə qarşı addım atılacaq.
#Məsud Pezeşkian
İran prezidenti Məsud Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib. "Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq. Lakin hərbi təcavüz bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və regional sülhün region ölkələri tərəfindən təmin edilməli olduğuna inanmağa davam edirik", - paylaşımda qeyd olunur.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramı ətrafında yaranan mübahisələrə toxunaraq, Tehranın nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha vurğulayıb. İran dövlət televiziyasının məlumatına görə, Mazandaran əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında çıxış edən Pezeşkian, ölkənin ali rəhbəri Əli Xameneinin bu mövzudakı fətvasına və açıqlamalarına diqqət çəkib. O, dini liderin sözlərinin siyasi manipulyasiya olmadığını qeyd edib.
Pezeşkian İranın Ermənistan da daxil olmaqla qonşuları ilə hərtərəfli əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyov və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul edib. görüşdə Tehran-Moskva münasibətlərinin yeni əməkdaşlıq mərhələsində “mükəmməl və inkişaf edən” səviyyədə olduğu vurğulanıb. Pezeşkian ikitərəfli təmasların sürətlənməsindən məmnunluğunu ifadə edib. Prezident iki ölkə arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlıq sazişinin güclü, sürətli və dəqiq şəkildə icrasına sadiq olduqlarını bildirib. Onun sözlərinə görə, nəqliyyat, energetika, neft və qaz, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrində razılaşdırılmış layihələrin həyata keçirilməsi davam edir.
İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlar fonunda Türkiyənin “konstruktiv rolu”nu vurğulayaraq Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidana təşəkkür edib. Dövlət televiziyasının məlumatına görə Pezeşkian İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehrandakı Azadi meydanında çıxış edib. Pezeşkian çıxışında Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də “problemlərin diplomatiya yolu ilə həllinə” töhfə verməyə çalışdığını qeyd edib. O, İranın nüvə silahı istehsal etməyə çalışmadığını bildirib, ABŞ və Avropadan gələn bəyanatların “etimadsızlıq divarı” yaratdığını və bu səbəbdən danışıqların nəticə vermədiyini deyib.
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müzakirələrin bərpası məqsədilə xarici işlər naziri Abbas Əraqçiyə müvafiq tapşırıq verdiyini açıqlayıb. Pezeşkian özünün "X" sosial media hesabından mövzu ilə bağlı yazılı bəyanat yayaraq, bu addımın bölgədəki dost dövlətlərin ABŞ Prezidenti Donald Trampın müzakirə təklifinə cavab verilməsi ilə bağlı çağırışları nəzərə alınaraq atıldığını qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə məsələsi üzrə danışıqların yenidən başlanması barədə rəsmi göstəriş verib. Tasnim agentliyinə danışan mənbələr isə danışıqların böyük ehtimalla İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində aparılacağını qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian, ölkədə baş verən etirazların şiddət hadisələrinə çevrilməsi ilə bağlı ciddi açıqlama verdi. Pezeşkian iddia edib ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş Naziri Benyamin Netanyahu və bəzi Avropa ölkələri etirazlar zamanı müəyyən şəxsləri silahlandıraraq şiddət hadisələrinə səbəb olublar.
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, liderlər regiondakı mövcud vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə ediblər. Məsud Pezeşkiyan ölkəsindəki daxili vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə rusiyalı həmkarına məlumat verib. Tərəflər bölgədəki problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyi barədə həmrəy olduqlarını vurğulayıblar.
İran hökuməti zəruri məhsulların idxalı üçün ayrılan xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran vətəndaşlarına müraciətində deyib. Onun sözlərinə görə, indiyə qədər ölkədə subsidiya olaraq bir sıra zəruri məhsullar və tibbi ləvazimatın ölkəyə idxalına aşağı qiymətlərlə xarici valyuta ayrılırdı.
İran hökuməti vətəndaşların dəstəyi ilə mövcud nigaranlıq və iqtisadi problemləri həll etməyə çalışır. Bunu İran prezidenti Məsud Pezşekian bu gün İran vətəndaşlarına müraciətində bildirib. Onun sözlərinə görə, ilk mərhələdə ölkə bazarlarında mövcud olan çatışmazlıq və bir növ aclıq yaratmağa çalışırdılar. Çünki mövcud tələb və təklif arasında uyğunluq yox idi. Hazırda bu problem aradan qaldırılıb.