#BMT-nin 2817 saylı qətnaməsi xatırladıldı: İran beynəlxalq hüququ pozur.

Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər və İordaniya Haşimi Krallığı İranın və onun dəstəklədiyi silahlı qruplaşmaların region ölkələrinin suverenliyinə qarşı davam edən təcavüzünü ən kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar. 25 mart 2026-cı il tarixli bəyanatda İranın həyata keçirdiyi hücumların beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması olduğu vurğulanıb.