#Enerji obyektlərinə zərbələr dayandırılıb: ABŞ rəsmi cavabı gözləyir.

ABŞ-ın nüfuzlu "Axios" xəbər portalı Ağ Evdəki yüksək rütbəli rəsmiyə istinadən bildirir ki, Tramp administrasiyası ilə Tehran arasında mümkün danışıqlar prosesində sükut davam edir. Məlumatda vurğulanır ki, İranın daxili auditoriya üçün verdiyi sərt bəyanatlara və mətbuatda yayılan təkziblərə baxmayaraq, rəsmi diplomatik kanallar vasitəsilə Vaşinqtona hər hansı bir neqativ cavab daxil olmayıb.