#silah

Almaniyanın Leypsiq Universitetində tələbələr İsrail müəssisələri ilə əməkdaşlığı dayandırmaq üçün yekdil qərar qəbul ediblər. Students for Palestine qrupunun üzvləri bildirib ki, universitetlərin tərəfdaş olduğu İsrail universitetləri hərbi komplekslə əlaqəli fəaliyyət göstərir. Tələbələr əməkdaşlığın problematik olduğunu və bu qurumları legitimləşdirdiyini vurğulayıblar.

ABŞ Senatının Təxsisat Komitəsi İsrailə ən azı 3,3 milyard dollar hərbi yardım ayrılmasını və Fələstinə edilən maliyyə dəstəyinə yeni qadağaların qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Büdcə layihəsinə əsasən, İsrailə ayrılacaq vəsaitin 30 gün ərzində köçürülməsi və müasir silah sistemlərinin alınmasına sərf edilməsi planlaşdırılır. Sənəddə Fələstinə göstərilən təhlükəsizlik yardımları üçün sərt şərtlər müəyyən edilib.

Almaniyanın silah və hərbi texnika ixracının həcmi 2025-ci ildə Ukraynaya göstərilən hərbi yardımın azalması fonunda təxminən 8,40 milyard avroya enib. Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Sol Partiyanın sorğusuna cavab verən Almaniya İqtisadiyyat Nazirliyi hökumətin bu ilin 8 dekabr tarixinədək 8,40 milyard avro dəyərində silah və hərbi material satışına icazə verdiyini açıqlayıb. Məlumata əsasən, Almaniyanın silah ixracı 2023-cü ildə 12,15 milyard avro, 2024-cü ildə isə 13,33 milyard avro ilə rekord səviyyəyə çatmışdı. 2025-ci ildə isə bu göstəricidə nəzərəçarpacaq azalma qeydə alınıb.

Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.

Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb. Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Deyr Kifa şəhərində "Hizbullah"a məxsus silah anbarını hədəfə aldığını açıqlayıb. Ordunun bəyanatında silah anbarının mövcudluğunun İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulması olduğu vurğulanıb. “İD İsrail və vətəndaşlarına qarşı təhdidləri aradan qaldırmaq üçün səylərini davam etdirəcək”, – açıqlamada bildirilib. Hücumdan sonra şəhərdə çaxnaşma yaşandığı, yayılan həvəskar kadrların panika anlarını əks etdirdiyi qeyd olunub. Livan mediası isə əməliyyatın iki yer-yer raketi ilə həyata keçirildiyini və ölənlərlə yaralıların olduğunu iddia edib.