#Ekspert: Yaxın Şərqdəki müharibənin kökündə ABŞ-Çin rəqabəti dayanır.

Ukrayna müharibəsinin Rusiya iqtisadiyyatına ciddi təsirləri fonunda və ABŞ-ın əvvəllər Rusiyanı zəiflətmək üçün müxtəlif addımlar atdığı bir şəraitdə, Moskvanın İranla bağlı mövcud qarşıdurmada bu ölkəyə müəyyən dəstək verməsi Vaşinqtona qarşı dolayı cavab strategiyası kimi qiymətləndirilir. Ümumilikdə, İrandakı gərginliyi Rusiya-ABŞ geosiyasi rəqabətinin yeni mərhələsi kimi xarakterizə edən bəzi ekspertlər, bu vəziyyəti ABŞ-Rusiya qarşıdurmasında 1:1 hesablı bərabərlik kimi dəyərləndirirlər. Belə ki, Rusiyanı da artıq müəyyən bir nəticə əldə edən tərəf kimi təqdim edənlər var.