ABŞ ilə İran arasında həftəsonu baş verən qarşılıqlı zərbələr və bir ticarət gəmisinə edilən hücum Hörmüz boğazında dəniz daşımalarını zəiflədib. Şənbə günü boğazdan 29, bazar günü isə cəmi 12 yük gəmisi keçib. Halbuki ötən həftə Tehran və Vaşinqton arasında əldə olunmuş ilkin razılaşmadan sonra bu göstərici 70-ə qədər yüksəlmişdi. İranın xəbərdarlığına baxmayaraq, gəmilər müxtəlif marşrutlardan istifadə etməyə davam ediblər. Hücumdan sonra isə gəmi hərəkətində nəzərəçarpacaq azalma müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, izləmə sistemi yalnız ötürücü qurğuları aktiv olan gəmiləri qeydə aldığı üçün faktiki keçidlərin sayı daha çox ola bilər. Bölgədə davam edən gərginlik beynəlxalq dəniz daşımaları üçün riskləri artırır.
#yük gəmiləri
"Financial Times" nəşri naviqasiya və peşəkar gəmiçilik məlumatlarına istinadən xəbər verir ki, İran müharibənin başlanğıcından bəri Hörmüz boğazı vasitəsilə məhdud sayda yük gəmisinin keçidinə şərait yaradıb. Məlumata görə, müharibənin ilk günlərindən etibarən Hörmüz boğazında gəmilərin hərəkəti kəskin şəkildə məhdudlaşdırılsa da, son günlərdə bəzi ticari yük gəmilərinin keçidi qeydə alınıb. Lakin bu icazə bütün növ gəmilərə şamil edilmir və hələ də çox ciddi nəzarət altında həyata keçirilir.