#AzerVoice: Donald Tramp NATO-nu kağızdan pələng adlandırdı

Dünya ABŞ-ın Yaxın Şərqə doğru irəliləyən hərbi qüvvələrini, ABŞ-İsrail koalisiyasının İrana qarşı mümkün müharibəsini və bunun Hörmüz boğazındakı naviqasiyaya, neft-qaz qiymətlərinə təsirini narahatlıqla izlədiyi bir vaxtda, ABŞ Konqresinin Tədqiqat Xidməti (CRS) diqqətçəkən bir araşdırma dərc edib. 27 fevral 2026-cı ildə, yəni müharibənin başlamasından cəmi bir gün əvvəl işıq üzü görən "Hakimiyyətin bölünməsi və NATO-dan çıxma" adlı bu araşdırma, Prezident Trampın Konqresin razılığı olmadan ABŞ-ı Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxarmaq səlahiyyətinin olub-olmadığını müzakirə edir. Araşdırmanın məhz bu zaman kəsiyində dərc olunması xüsusilə diqqət çəkir.

Prezident Tramp NATO-nun hərbi baxımdan zəif olduğunu iddia edərək bildirib: "ABŞ olmadan NATO kağızdan bir pələngdir. Onlar artan neft qiymətlərindən şikayət edirlər, lakin qiymətlərin artmasına səbəb olan Hürmüz Boğazını açmaq üçün bizə kömək etmirlər. Bu, onlar üçün çox az risklə edilə biləcək sadə bir hərbi həmlə idi. Onlar qorxaqdırlar və biz bunu unutmayacağıq".