Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi, ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın "Pakistanın nüvə potensialı ABŞ materikini təhdid edir" iddialarını qətiyyətlə rədd edib. İslamabad rəhbərliyi raket proqramının tamamilə müdafiə xarakterli olduğunu və regional sabitliyi qorumağa xidmət etdiyini vurğulayıb.