#Hakan Fidan: İsrail bölgəni görünməmiş böhrana sürükləyir

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyə görə birbaşa İsraili ittiham edib. Fidan Ankaranın İrandakı mülki infrastruktura və dinc əhaliyə edilən hücumları qətiyyətlə pislədiyini bildirib.