#Kia Telluride Hybrid

Cənubi Koreyanın avtomobil nəhəngləri "Hyundai" və "KİA" sənayeni təəccübləndirməkdə davam edir. Hər iki şirkət 2030-cu ilə qədər ABŞ bazarı üçün klassik çərçivəli (body-on-frame) pikaplar hazırladıqlarını rəsmən təsdiqləyib. Bu, avtomobil dünyasında ciddi maraqla qarşılanan mühüm bir addımdır, çünki koreyalı istehsalçılar artıq bir çox seqmentdə liderliyi ələ almağa başlayıblar.

Cənubi Koreyanın avtomobil nəhəngi KIA, qlobal strategiyasında böyük dəyişikliklər edir. Seulda keçirilən "CEO Investor Day" tədbirində şirkət 2030-cu ilə qədər illik qlobal satışlarını 4,13 milyon ədədə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu hədəfin 1 milyonunu elektromobillər (EV), 1,1 milyonunu isə hibrid modellər təşkil edəcək.

Kia bunu "Telluride effekti" adlandırır. Şirkət 2020-ci il üçün üç sıra oturacaqlı Telluride SUV modelini ilk dəfə bazara çıxardığı vaxtdan bəri satışlarda, bazar payında və hətta avtomobillərinin orta satış qiymətlərində əhəmiyyətli artım müşahidə edib. Bu böyümə yalnız Telluride-in uğuru ilə əlaqələndirilməsə də, bu modelin avtomobil dünyasında Kia-nın yüksəlişinə böyük töhfə verdiyini əminliklə demək olar.