#Pakistan və İran arasında yeni diplomatik kanal? - Nazirdən kritik açıqlama

Pakistanın informasiya naziri Ataullah Tarar Qətərin Əl-Cəzirə telekanalına verdiyi müsahibədə rəsmi İslamabadın bölgədəki hərbi eskalasiya ilə bağlı mövqeyini açıqlayıb. Nazir Pakistanın regionda sülhün tərəfdarı olduğunu vurğulayaraq bildirib ki, : "Pakistan gərginliyin azaldılmasına töhfə vermək istəyir. İrana qarşı həyata keçirilən hərbi hücumları pisləyirik və eyni zamanda Körfəz ölkələri ilə həmrəy olduğumuzu ifadə edirik." O, tərəfləri hərbi əməliyyatları dayandırmağa və gərginliyi azaltmağa çağırıb.