#Prezident Ərdoğan: İsrailin İran və Livana hücumları təhlükəsizlikdən daha dərin məna daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində jurnalist və yazıçılarla keçirilən iftar proqramında İsrailin regiondakı hərbi fəaliyyətlərini və dezenformasiya ilə mübarizənin əhəmiyyətini kəskin tənqid edib. Prezident Ərdoğan çıxışında xüsusi vurğulayıb ki, İsrailin addımları yalnız təhlükəsizlik məsələsi deyil, həm də müsəlmanların ilk qibləsi olan Məscid-i Əqsanı ibadətə bağlamaqla dini azadlıqlara qəsddir. O, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolunu xüsusi vurğulyıb: "İsrailin rəhbərlik etdiyi bir müharibə gedir. Əvvəl Qəzza, sonra Livan, ardınca isə İranı hədəf alan bu hücumların pərdəarxası mütləq ifşa edilməlidir".