#NATO-da böyük qırılma: Tramp Yaponiya və Cənubi Koreyanın da yardımını rədd etdi

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin İranla müharibədə Vaşinqton və Tel-Əvivə dəstək verməməsinə kəskin reaksiya verərək, artıq alyansın yardımına ehtiyac duymadıqlarını bəyan edib.Prezident NATO ölkələrinin əməliyyatda iştirakdan imtina etməsini "axmaqca bir səhv" adlandırıb. "Hər il bu ölkələri qorumaq üçün yüz milyardlarla dollar xərcləyirik, lakin ehtiyacımız olanda onlar bizim üçün heç nə etmirlər. NATO həmişə birtərəfli yol olub", - deyə Tramp bildirib. O, həmçinin vurğulayıb ki, ABŞ İran ordusunu və rəhbərliyini zəiflətməkdə böyük uğurlar əldə etdiyi üçün artıq nə NATO-nun, nə də Yaponiya, Avstraliya və ya Cənubi Koreyanın hərbi köməyinə ehtiyacı var.